Kadi Borges "Qarabağ"a qayıdır? - AÇIQLAMA

Kadi Borges "Qarabağ"a qayıdır? - AÇIQLAMA

"Qarabağ"ın sabiq futbolçusu, hazırda "Krasnodar" klubunda top qovan Kadi Borgesin Rusiyanı tərk edərək Ağdam təmsilçisinə geri dönmək istədiyi barədə xəbərlər dolaşır. Məsələni aydınlaşdırmaq üçün "Krasnodar" klubunun düşərgəsi ilə əlaqə saxladıq.

Klubun mətbuat xidmətinin rəhbəri Anton Tixiy Fanat.Az-a açıqlamasında bunları dedi:

"İstər Azərbaycan, istərsə də Rusiya mətbuatında yazılanlar şayiələrdir. Klub olaraq yalnız bunları deyə bilərik. Əlavə edim ki, adətən bu növ şayiələri cavablandırmırıq. Dediyim kimi, bunlar yalnız şayiələrdir".

Xatırladaq ki, Kadi Borges 2023-cü ildə "Qarabağ"dan  "Krasnodar"a transfer olunub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər