İtaliya millisinin üzvü "Mançester Yunayted" yolunda

İtaliya millisinin üzvü "Mançester Yunayted" yolunda

İngiltərənin iki klubu - "Mançester Yunayted" və "Tottenhem" Milan "İnter"inin müdafiəçisi Alessandro Bastonini transfer etmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.

Mənbə 23 yaşlı italiyalının Mançester təmsilçisinə keçmək ehtimalının daha yüksək olduğunu vurğulayıb.

İtaliya millisinin də formasını geyinən Bastoninin "İnter"lə olan müqaviləsinin müddəti 2024-cü ildə bitəcək. "Transfermarkt" portalı arxa xətt oyunçusunun transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər