I Liqada 7-ci tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk gündə 4 görüş baş tutub.
“Şamaxı” evdə “Difai Ağsu”ya, “İmişli” isə “Zaqatala”ya qalib gəlib. “Mingəçevir”in qonağı olan “İrəvan” səfərdə qələbə qazanıb. “Araz Saatlı”nın qonağı olan “Karvan” da turu qələbə ilə başa vurub.
I Liqa 7-ci tur 1 noyabr
“Şamaxı” - “Difai Ağsu” 2:0 Qollar: Elşad Tağıyev, 16. Cəlal Cəbrayılov, 45. Şamaxı şəhər stadionu, 14:00.
“Mingəçevir” - “İrəvan” 0:2 Qollar: Vüsal Əsgərov, 45+5. Famil Camalov, 89. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.
“İmişli” - “Zaqatala” 4:0 Qollar: Xəzər Mahmudov, 37; 57. Həzrət İsayev, 52. Muxtar Nəzərli, 76. İmişli şəhər stadionu, 14:30.
“Araz Saatlı” - “Karvan” 1:5 Qollar: Rəvan Əvəzov, 90 – Ruslan Voronsov, 31; 40. Peter Kinqs, 48; 83. Elnur Mustafazadə, 70. Saatlı OİK stadionu, 14:30.