"İrəvan" İmişliyə getmir? - PFL-dən açıqlama

"İrəvan" İmişliyə getmir? - PFL-dən açıqlama

Futbolçularının maaşını vaxtında ödəməyən "İrəvan" "İmişli" yə qarşı bu gün keçirməli olduğu oyuna çıxmayacaq. Rəhbərlik oyunçuları yola gətirmək istəsə də, bu baş tutmayıb. Komandanın bəzi futbolçuları İmişliyə yollanmağa razı olsalar da, digərlərinin fikrindən döndərmək mümkün olmayıb. Beləliklə, görüşün baş tutmamaq ehtimalı yaranıb.

Peşəkar Futbol Liqası bununla bağlı Fanat.Az-ın sorğusunu belə cavablandırıb:

“Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən yarışlarda həmin liqaların Əsasnaməsinin tələbləri qüvvədə olur və bütün klublar bu Əsasnaməni izləməli, mövsümdən öncə tətbiq olunmuş "Oyun günü planı"na  uyğun hərəkət  etməlidirlər. "Oyun günü planı" AFFA nümayəndəsi, hakimlər, komandalar, oyuna birbaşa və dolayı yolla əlaqədar  olan bütün şəxslər tərəfindən izlənməlidir.  Bu gün keçirilməsi nəzərdə tutulan “İmişli” – “İrəvan” oyunu üçün də bütün prosedural qaydalar həyata  keçirilib. Əgər bir komanda oyun təyin olunan vaxtdan 30 dəqiqə sonrakı müddətdə stadiona gəlməzsə, oyun baş tutmamış hesab olunacaq, protokolda bununla bağlı bütün məqamlar qeyd olunacaq və İntizam Komitəsi rəsmi sənədlər  əsasında hadisəni araşdırıb, hüquqi qiymət  verəcək”. Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər