İPL: MY "Tottenhem"i yendi, "Arsenal"dan darmadağın

İPL: MY "Tottenhem"i yendi, "Arsenal"dan darmadağın
İngiltərə Premyer Liqasında 31-ci turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, bu gün daha dörd görüş gerçəkləşib.
 
"Nyukasl” səfərdə "Börnli” üzərində qələbəyə sevinibsə, "Lester Siti” "Vest Hem”lə səfər oyunundan məğlub ayrılıb. "Arsenal” isə "Şeffild Yunayted”lə səfər oyununda darmadağınla qələbə qazanıb.
 
Turun mərkəzi görüşü Londonda keçirilib. Joze Mourinyonun rəhbərlik etdiyi "Tottenhem” burada "Mançester Yunayted”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.
 
İngiltərə Premyer Liqası
31-ci tur
9 aprel
 
Fulhem – Vulverhempton 0:1
Qol: Traore, 90+2.
 
10 aprel
 
Mançester Siti – Lids 1:2
Qollar: F.Torres, 76 – Dallas, 42; 90+1.
 
Liverpul – Aston Villa 2:1
Qollar: Salah, 57. Aleksander-Arnold, 90+1 – Uotkins, 43.
 
Kristal Pelas – Çelsi 1:4
Qollar: Benteke, 63 – Haverts, 8. Pulişiç, 10; 78. Zuma, 30.
 
11 aprel
 
Börnli – Nyukasl 1:2
Qollar: Vidra, 18 – Mörfi, 59. Sent-Maksimin, 64.
 
Vest Hem – Lester Siti 3:2
Qollar: Linqard, 29; 44. Bouen, 48 – İheanaço, 70; 90+1.
 
Tottenhem – Mançester Yunayted 1:3
Qollar: Son, 40 – Fred, 57. Kavani, 79. Qrinvud, 90+6.
 
Şeffild Yunayted – Arsenal 0:3
Qollar: Lakazette, 33; 85. Martinelli, 72.
 
12 aprel
 
21:00 Vest Bromviç – Sauthempton
23:15 Brayton – Everton 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər