Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Frenk Lempardın çalışdırdığı “Everton” öz meydanında “Çelsi”ni üstələyib.
“Tottenhem” evdə “Lester Siti” üzərində inamlı qələbə qazanıbsa, “Arsenal” “Vest Hem”lə səfər oyunundan 3 xalla dönüb.
Tura "Mançester Yunayted" – "Brentford" matçı ilə yekun vurulub. Bu mövsüm hədəflərindən uzaq düşən "qırmızı şeytanlar" rəqibini darmadağın edib.
İngiltərə Premyer Liqası
35-ci tur
2 may
Mançester Yunayted – Brentford 3:0
Qollar: Brunu Fernandeş, 9. Ronaldu, 61 (pen.), Rafael Varan, 72.
1 may
Tottenhem – Lester 3:1 Qollar: Keyn, 22. Son, 60; 79 – İheanaço, 90+1.
Everton – Çelsi 1:0 Qol: Rişarlison, 46.
Vest Hem – Arsenal 1:2 Qollar: Bouen, 45 – Holdinq, 38. Qabriel, 54.
30 aprel
Nyukasl – Liverpul 0:1 Qol: N.Keyta, 19.
Aston Villa – Norviç Siti 2:0 Qollar: Uotkins, 41. İnqs, 90+3.
Vulverhempton – Brayton 0:3 Qollar: Makallister, 42. Trossard, 70. Bissuma, 86.
Sauthempton – Kristal Palas 1:2 Qollar: Romeu, 9 – Eze, 60. Zaha, 90+2.
Uotford – Bernli 1:2 Qollar: Tarkovski, 8-öz qapısına – Kork, 83. Braunvill, 86.
Lids – Mançester Siti 0:4 Qollar: Rodri, 13. Ake, 54. Q.Jezus, 78. Fernandinyo, 90+3.
