"Səbail" "İnter"i udub, "Neftçi"ni "aşağı" göndərdi

"Səbail" "İnter"i udub, "Neftçi"ni "aşağı" göndərdi
Topaz Premyer Liqasında IX tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə görüşündə debütant "Səbail" "İnter"i qəbul edib. Hər iki komanda son iki turda uduzmuş, "İnter" artıq dörd oyundu qələbəyə həsrət qalmışdı. Bu səbəbdən matç hər iki tərəf üçün uğursuzluq zolağından çıxmaq üçün şans hesab olunru.
Oyunun taleyini bir qol həll edib. 16-cı dəqiqədə fərqlənən Murtuz Abakarov "Səbail"ə qələbə qazandırıb - 1:0. Bununla da debütant III turda bu komandaya eynihesablı məğlubiyyətin əvəzini çıxıb.
Qeyd edək ki, turun iki oyunu sabah, biri bazar günü keçiriləcək.
 
 
Premyer Liqa
2017/18 mövsümü
II dövrə, IX tur
20 oktyabr
Səbail - İnter 1:0
Qol: Murtuz Abakarov, 16.
Səbail: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Amit Quluzadə, 6. Murad Ağayev, 10. Nurlan Novruzov, 18. Adrian Popoviçi, 20. Elton Yaqublu (k), 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 69. Renan Telles, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 8. Aqşin Muxtaroğlu, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 17. Vüqar Nadirov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.
İnter: 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov (k), 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 88. Məmməd Quliyev.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 99. Ricat Qarayev.
Baş məşqçi: Zaur Svanadze.
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Yaşar Abbasov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Hakim-inspektor: Fazil Mürşüdov.
"Dalğa Arena". 
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

7

6

1

0

14:3

19

2

Zirə

8

5

3

0

15:5

18

3

Qəbələ

8

5

1

2

11:8

16

4

Sumqayıt

8

3

1

4

8:11

10

5

Səbail

8

3

0

5

5:12

9

6

İnter

9

2

2

5

7:12

8

7

Neftçi

8

2

1

5

9:9

7

8

Kəpəz

8

1

1

6

5:14

4

Bombardirlər

Mahir Mədətov (Qarabağ) - 5. Təmkin Xəlilzadə (Zirə), Riçard Qadze (Zirə) - 4.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər