İngiltərə Premyer Liqasında lider dəyişdi - VİDEO

İngiltərə Premyer Liqasında lider dəyişdi - VİDEO
İngiltərə Premyer Liqasında təxirə salınmış 3 oyun keçirilib. 
Fanat.Az xəbər verir ki,  27, 31 və 33-cü turun görüşlərində müvafiq olaraq "Çelsi” "Brayton”u, "Tottenhem” "Kristal Palas”ı, "Mançester Siti” isə "Kardiff”i qəbul edib. 
Hər üç görüşdə qələbəni meydan sahibləri bayram edib. Belə ki, "Çelsi" 3:0, "Tottenhem" və "Mançester Siti" 2:0 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra xalını 80-ə çatdıran "Mançester Siti" liderliyi ələ keçirib. "Liverpul" 79 xalla 2-ci, "Tottenhem" 64 xalla 3-cüdü.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər