İngiltərə Premyer Liqasında ən çox ucuzlaşan oyunçular açıqlandı - SİYAHI

İngiltərə Premyer Liqasında ən çox ucuzlaşan oyunçular açıqlandı - SİYAHI

Yay transfer pəncərəsindən sonra İngiltərə Premyer Liqasında qiyməti ən çox düşən oyunçularının siyahısı açıqlanıb.

Fanat.Az “Transfermarkt” portalına istinadən xəbər verir ki, "Celsi"nin mərkəz müdafiəçisi Uesli Fofana siyahıda ilk pillədədir. 

22 yaşlı fransalı hazırda 40 (-15) milyon avro ilə qiymətləndirilir. İkinci və üçüncü yerlərdə hərəyə 13 milyon avro dəyər itirən "Tottenhem"in yarımmüdafiəçisi Pyer-Emil Höyberq və "Mançester Yunayted"in yarımmüdafiəçisi Ceydon Sanço qərarlaşıb.

Ən çox ucuzlaşan 10 oyunçu isə aşağıdakılardır:

1. Uesli Fofana ("Çelsi", 40 (-15) milyon avro).

2. Pyer-Emil Höyberq ("Tottenhem", 32 (-13) milyon avro).

3. Ceydon Sanço ("Mançester Yunayted", 32 (-13) milyon avro).

4. Ris Ceyms ("Çelsi", 55 (-10) milyon avro).

5. Antoni ("Mançester Yunayted", 50 (-10) milyon avro).

6. Jorjinyo ("Arsenal", 15 (-10) milyon avro).

7. Riçarlison ("Tottenhem", 40 (-8) milyon avro).

8. Aaron Ramsdeyl ("Arsenal", 32 (-8) milyon avro).

9. Timoti Kastan ("Fulhem", €17 (-8) milyon).

10. Mark Kukurelya ("Çelsi", 28 (-7) milyon avro).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər