İngiltərə Premyer Liqasında bu, 12 il sonra ilk dəfə baş verdi

İngiltərə Premyer Liqasında bu, 12 il sonra ilk dəfə baş verdi

İngiltərə Premyer Liqasının son turunda ən məhsuldar qarşılaşma Londonda baş tutan “Brentford” – “Vulverhempton” matçı olub. 

Fanat.Az xəbər verir ki, görüş meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Komandaların fasiləyə 4:2 hesabı ilə yollanması bu qarşılaşmanı tarixiləşdirib. "Opta"-nın məlumatına görə, bu, Premyer Liqa tarixində ilk hissədə altı fərqli futbolçunun qol vurduğu altıncı görüşdür. Artıq 12 ildir ki, turnirdə belə hadisə baş verməmişdi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər