2015-2020-ci illər arasında İngiltərə Premyer Liqasında 15 futbolçu narkotik testlərindən keçə bilməyib. Buna baxmayaraq, onların heç biri diskvalifikasiya olunmayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, narkotik testlərindən keçə bilməyən 15 oyunçudan 12-si qadağan olunmuş fiziki dözümlüyü artıran maddələr üçün müsbət nəticə verib. Hələlik həmin futbolçulara qarşı heç bir sanksiya tətbiq edilməyib.
İngiltərə, Uels və Şotlandiyadan ümumilikdə 88 futbolçu 2013-2020-ci illər arasında narkotik testlərindən keçə bilməyib.
Fiziki davamlığı artıran onlarla narkotik maddə arasında amfetamin, triamsinolon, kortikosteroid, ritalin, tropin kimi qadağan olunmuş preparatlar olub.
Emin