İngiltərə Premyer Liqası və Bundesliqa Azərbaycan kanalında yayımlanacaq

İngiltərə Premyer Liqası və Bundesliqa Azərbaycan kanalında yayımlanacaq

Dünyanın ən baxımlı futbol liqalarından ikisini bu mövsüm tamaşaçılarımız izləyə biləcəklər. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, AzTV İngiltərə Premyer Liqasının və Almaniya Bundesliqasının yayım hüququnu əldə edib. 

Bu liqaların qarşıdakı mövsümünün oyunları “İdman Azərbaycan” kanalında canlı yayımlanacaq. 

Bu barədə məlumatı kanaldan dəqiqləşdirə bilməsək də, bu həftə yayımla bağlı məsələnin təsdiqini tapacağı gözlənilir.

Qeyd edək ki, "İdman TV" ötən mövsüm İPL-i yayımlayıb. Bu mövsümdə artıq iki tur geridə qalsa da, oyunlar ölkəmizdə göstərilməyib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər