İngiltərə Premyer Liqası bu tarixdə bərpa olunacaq

İngiltərə Premyer Liqası bu tarixdə bərpa olunacaq
İngiltərə Premyer Liqasının 2019/20 mövsümü iyul ayında bərpa edilə bilər.
Fanat.Az "Football London" nəşrinə istinadən xəbər verir ki, bu barədə qərar Premyer Liqa rəhbərliyi, İngiltərə Futbol Assosiasiyası və Peşəkar Futbolçular Assosiasiyası arasındakı tele-konfrans zamanı verilib. 
Bildirilib ki, mövsüm 4-6 həftə ərzində tamamlana bilər. Müzakirələr nəticəsində qarşılaşmaların azarkeşsiz keçiriləcəyi vurğulanıb. 
Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirusa görə dayandırılıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər