"Qalatasaray"ın hücumçusu Barış Alper Yılmaz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Transfers" yayıb.
Xəbərə görə, türkiyəli forvard "Arsenal" ın diqqət mərkəzindədir. London klubu yayda transferi yekunlaşdırmaq istəyir.
"Transfermarkt" Türkiyə millisinin futbolçusunun dəyərini 7,5 milyon avro qiymətləndirir.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm "Qalatasaray"ın heyətində 38 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Nahid Məmmədov