İngiltərə klublarından transfer rekordu

İngiltərə klublarından transfer rekordu

Çelsi  bu qışın ən bədxərc klubu olub.

Fanat.Az "Deloitte" audit şirkətinə istinadən xəbər verir ki, Premyer Liqa klubları qışda transferlərə 440 milyon funt-sterlinq xərcləyib. Son rekord 2018-ci ildə qeydə alınıb. Həmin ilin yanvarında ingilis klubları  430 milyon funt-sterlinq xərcləyib.

Çelsi  bu qış ən bədxərc klub olub. Yeni transferlər kluba təxminən 180 milyon funt-sterlinqə başa gəlib. Cari transfer pəncərəsində "zadəganlar" Mixail Mudrik, Benua Badiaşile, Noni Madueke, Andrey Santos, David Fofana ilə müqavilə imzalayıb və Juan Feliksi icarəyə verib.

Rafael

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər