"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasındakı çempionluq mübarizəsi barədə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, ESPN onun dediklərini belə çatdırıb:
"Reallıq belədir ki, bizim üçün hər oyun vacibdir. İkinci yerdəki komanda ilə aramızdakı fərq azdır. Mövsümün sonunda titul qazanmaq üçün nəsə inanılmaz bir şey etməliyik. Hər gün işləməyə davam edirəm. Siz baş məşqçisinizsə, bu, sizin görə biləcəyiniz yeganə işdir. Gün ərzində o qədər iş olur ki...
Ümumi mənzərə göz önündədir. Nəyi necə etmək lazım olduğunu bilirəm. Biz bu gün doğru yolla irəliləməliyik ki, gələcəkdə istədiyimiz yerdə ola bilək".
Qeyd edək ki, 27 tura 66 xal toplayan "Arsenal" hazırda ən yaxın izləyicisi "Mançester Siti"ni 6 xal qabaqlayır.
Nihat