"İmişli"ni evdə "kötəklədilər"

"İmişli"ni evdə "kötəklədilər"

Futbol üzrə Azərbaycan I Divizionunda 2-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Turan Tovuz”un ikinci komandası evdə “Kəpəz”in əvəzediciləriylə qarşılaşıb və inamlı qələbəyə sevinib. Səfərdə “İmişli” ilə üz-üzə gələn “Araz Naxçıvan” darmadağınla qalib gəlib. Beş qolun qeydə alındığı “Şamaxı” və “Qəbələ”nin əvəzedicilərinin oyununda meydan sahibləri qələbə qazanıblar. “Sumqayıt” və “Zirə”nin ikinci komandaları arasında baş tutan oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

I Divizion 2-ci tur 31 avqust

Turan Tovuz-2 – Kəpəz-2 3:1 Qollar: Abbas Ağazadə, 10. Akif Tağıyev, 38. Tərlan Veysəlli, 90 – Nicat Verdiyev, 45+2. Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Şamil İmanzadə Tovuz şəhər stadionu, 16:00

Şamaxı-2 – Qəbələ-2 3:2 Qollar: Sadiq Hüseynli, 64. Kamran Quliyev, 66. Asim Əlizadə, 70-pen – Xəyal Xudaverdiyev, 11. Gülağa Əsədov, 89. Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, İrşad Aydınov Şamaxı şəhər stadionu, 16:30

İmişli – Araz Naxçıvan 0:3 Qollar: Emil Bayramov, 20. Orxan Əliyev, 57. Fərid Kərimzadə, 59. Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Elvin Bayramov Saatlı OİK stadionu, 17:00

Sumqayıt-2 – Zirə-2 1:0 Qol: Rüstəm Hümbətov, 77. Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Teymur Teymurov, Səbuhi Bayramov Sumqayıt şəhər stadionu, 17:00

Turun digər oyunlarında qeydə alınan nəticələr:

Zaqatala – Mingəçevir 2:1 Qarabağ-2 – MOİK 0:0 Neftçi-2 – Qaradağ Lökbatan 2:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər