Birinci Liqa təmsilçisi "İmişli" heyətini yeni oyunçu ilə gücləndirib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mərkəzi Aran təmsilçisi Gəncənin "Kəpəz" klubu ilə 3 illik müqavilə bağlayan Ezekiel Morqanı icarəyə götürüb.
Qanalı oyunçu cari mövsümün sonunadək "İmişli"nin formasını geyinəcək.