"İmişli" "Xan Lənkəran"ın kapitanını transfer etdi

"İmişli" "Xan Lənkəran"ın kapitanını transfer etdi

Bu mövsümdə Birinci Divizionda mübarizə aparacaq "İmişli" bir neçə transfer gerçəkləşdirib.

Bu barədə Fanat.Az-a Aran təmsilçisinin baş məşqçisi Ruhid Usubov məlumat verib. 

Gənc çalışdırıcı 5 futbolçu ilə anlaşdıqlarını bildirib. 

Belə ki, bölgə komandası "Xan Lənkəran"dan Mahsun Qəmbərli və Əli Tağızadəni, "Sumqayıt"dan Qurban Hüseynovu, "Səbail"dən Rafət Aydınovu və "Qəbələ"dən Rafiq Həsənovu heyətinə qatıb. 

Onların hər biri ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "İmişli" çempionatda debüt oyununu avqustun 25-də səfərdə "Qəbələ-2" komandasına qarşı keçirəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər