İmişli klubu 1 xalla debüt etdi

İmişli klubu 1 xalla debüt etdi

I divizionda yeni mövsümə start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə matçında "Energetik" "Lokomotiv"i qəbul edib. Qonaq komanda mövsümə 3:0 hesablı qələbə ilə başlayıb.

İkinci oyun günündə daha iki qarşılaşma keçirilib. "Qaradağ" evdə "Göyəzən"i 3:0 hesabı ilə darmadağın edib. "Şuşa" - "Şahdağ" oyununda isə hesab açılmayıb - 0:0.

Üçüncü oyun günündə dörd matç baş tutub. Debütant "Araz" "Turan-T"ni səfədə 2:1 hesabı ilə yenib. "Neftçala" fəaliyyətini bərpa edən "Karvan"a divan tutub - 7:0. "Kəpəz" "Ağsu"nu 5:0 hesabı ilə darmadatın edib. MOİK - "Bakılı" oyunu isə 2:2 hesabı ilə başa çatıb.

Turun son oyunu bu gün keçirilib. "MKT-Araz"ın varisi "Mil-Muğan" "Şəmkir"in qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

I divizion

2013/14 mövsümü

I tur

13 sentyabr

Energetik - Lokomotiv 0:3

Qollar: Tural Qürbətov, 26; 85. Nicat Əsgərov, 45+1.

14 sentyabr

Şuşa - Şahdağ 0:0

Qaradağ - Göyəzən 3:0

Qollar: Murad Ağakişiyev, 17. Anar Həsənov, 31. Novruz Ələkbərov, 35.

15 sentyabr

Turan-T - Araz 1:2

Qollar: Kamil Xanıyev, 27 - Akif Tağıyev, 10. Emin İmaməliyev, 52.

 

Neftçala - Karvan 7:0

Qollar: Aslan Hüseynov, 21. Azər Həşimov, 26 (avtoqol). Vaqif Güləliyev, 29. Tanrıverdi Məhərrəmli, 56. Ceyhun Abdullayev, 69; 86. Məhəmməd Alıyev, 79.

 

Ağsu - Kəpəz 0:5

Qollar: Qafar Qafarov, 34. Mehdi Mehdiyev, 40. Pərvin Paşayev, 66. Fərid Həsənov, 70. Camal Məmmədov, 85 (avtoqol).

 

MOİK - Bakılı 2:2

Qollar: Məhəmməd Bədəlbəyli, 38. Cavid Həziyev, 90+2 - Kamran İsmayılov, 76. Şahin Əliyev, 80.

16 sentyabr

Şəmkir - Mil-Muğan 1:1

Qollar: Ramil Sadiqov, 6-pen - Elşən Hacıyev, 76.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər