"Qalatasaray"ın ulduz futbolçusu Mario İkardi "Fənərbağça"ya məxsus rekordu qırmaq istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı "Ole" yayıb.
Xəbərə görə, argentinalı forvard "Fənərbağça"nın 1988-1989-cu illər mövsümündə topladığı 93 xallıq rekordunu yeniləyərək "sarı-qırmızılar" ilə çempion olmaq istəyir.
Qeyd edək ki, sözügedən hücumçu Türkiyə Super Liqasında 26 oyuna 27 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Ustaclı