II Liqa: Vüqar Nadirovlu "Şəmkir" məğlubiyyətə üzüldü

II Liqa: Vüqar Nadirovlu "Şəmkir" məğlubiyyətə üzüldü

Azərbaycan II Liqasında III turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, turun ilk günündə üç görüş baş tutub.

Hər üç görüşdə qol vuran komanda qələbəni bayram edib. "Ağdaş" "Dinamo"nu səfərdə böyük hesabla məğlub edib. "Quba" - "Şəmkir" və "Şirvan" - "Göygöl" matçlarında isə meydan sahibləri üç xala sevinən tərəf olub. 

Qeyd edək ki, turun üç oyunu sabah keçiriləcək.

Azərbaycan II Liqası III tur 22 sentyabr (bazar ertəsi)

“Dinamo” – “Ağdaş” 0:3 Qollar: Ülvi Sarıyev, 80-pen; 84. Yusif Yusifzadə, 90+3.  Hakimlər: Kamil Aydınov, Sadiq Əliyev, Rasim Axundov, Rasim Musayev Hakm-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Yavər Rəhimov Binə qəsəbə stadionu

“Quba” – “Şəmkir” 1:0 Qol: Vidadi Cəfərov, 46. Hakimlər: Nahid Xasıyev, Əhməd Əhmədsoy, Cavid Ömərov, Şamil İmanzadə Hakm-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Bəhram Qurbanov Quba OİK stadionu

“Şirvan” – “Göygöl” 2:0 Qollar: Cavid Əliyev, 73; 85. Hakimlər: Nəriman Ağayev, Aydın Baxşıyev, Ruslan Məmmədov, Nazim Abdullayev Hakm-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Azər Əsgərov Şirvan OİK stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər