Bu gün Azərbaycan II Liqasında XIII tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 3 oyun keçiriləcək.
Lider “Xankəndi” “Ağstafa Gəncləri”ni sınağa çəkəcək ki, bu matç digər iki qarşılaşmadan tez - saat 14:00-da başlayacaq.
Yarım saat gec start götürəcək digər matçlar bölgədə baş tutacaq. "Şirvan" "Göygöl"ün qonağı olacaq. "Ağdaş" isə "Dinamo"nu sınağa çəkəcək.
Qeyd edək ki, tur çərçivəsində ötən gün "Kür-Araz" səfərdə "Araz Saatlı"nı 4:1, "Quba" isə "Şəmkir"i 1:0 hesabı ilə yenib. "Qaradağ Lökbatan" - "Şəki Siti" qarşılaşması isə qonaqların oyuna gəlməməsi səbəbindən baş tutmayıb.
Azərbaycan II Liqası XIII tur 16 dekabr
14:00. “Xankəndi” – “Ağstafa Gəncləri” Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elman Kərimov, Nahid Xasıyev. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Nəriman Axundov. “Palms Sports Arena” (IV meydança).
14:30. “Göygöl” – “Şirvan” Hakimlər: Sənan Bayramzadə, Asif Abdullayev, Əkbər Əliyev, Rəsul Babayev. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Elman Musayev. Göygöl. Olimpiya İdman Kompleksinin stadionu.
14:30. “Ağdaş” – “Dinamo” Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Elmin Süleymanov, Murad Səlimov. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Yavər Rəhimov. Ağdaş şəhər stadionu.
