Bu gün Azərbaycan II Liqasında 6-cı tur start götürəcək.
Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış günündə 3 matç baş tutacaq.
Görüşlərdən ikisi saat 14:00-da başlayacaq. "Göygöl" "Ağstafa Gəncləri"ni, "Kür-Araz" isə "Quba"nı qonaq edəcək.
Günün son qarşılaşmasında lider "Qaradağ Lökbatan"la iddialılardan olan "Şəmkir" üz-üzə gələcək. Vüqar Nadirovun komandası ev oyunundan qalib ayrıla bilsə, lökbatanlılarla xallarını bərabərləşdirəcək və azı bir günlük şərikli liderliyə yiyələnəcək.
Qeyd edək ki, turun 3 oyunu (“Araz Saatlı” – “Xankəndi”, “Ağdaş” – “Şəki Siti”, “Şirvan” – “Dinamo”) sabah keçiriləcək.
Azərbaycan II Liqası 6-cı tur 20 oktyabr
14:00. “Göygöl” – “Ağstafa Gəncləri” Hakimlər: Nazim Abdullayev, Nurlan Əhmədzadə, Ruslan Babayev, Səbuhi Bayramov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Asif Əliyev. Göygöl. Olimpiya İdman Kompleksinin stadionu.
14:00. “Kür-Araz” – “Quba” Hakimlər: Rasim Musayev, Cavid Ömərov, Hüseyn Vəliyev, Niyaz Əhmədov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.
14:30. “Şəmkir” – “Qaradağ Lökbatan” Hakimlər: Nahid Xasıyev, Səbuhi Əmrahov, Rizvan Süleymanov, Ceyhun Hüseynov. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu.
