“Milan” İtaliya A Seriyasında “Venetsiya”nı məğlub edib.
Fanat.Az xəbər verir ki, 3:0 hesabıyla bitən matçda bir qol vuran Zlatan İbrahimoviç yeni uğura imza atıb.
“Venetsiya” isveçli hücumçunun TOP-5 çempionatlarında qol vurduğu 80-ci komandadır. İbrahimoviç 80 fərqli komandaya qol vuran ikinci futbolçu olub.
İbrahimoviç bununla da, portuqaliyalı hücumçu Kriştianu Ronaldunun rekorduna şərik olub. Ronaldu Avropanın TOP-5 çempionatlarında çıxış edən 80 fərqli komandaya qol vuran ilk futbolçu idi.