Holand Çempionlar Liqasının 2 rekordunu yenilədi

Holand Çempionlar Liqasının 2 rekordunu yenilədi

"Mançester Siti"nin hücumçusu Erlinq Holand Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun matçında "Leypsiq"in qonağı olub. Fanat.Az xəbər verir ki, norveçli ulduz komandasının 3:2 hesabıyla qalib gəldiyi oyunda möhtəşəm geridönüşün təməlini qoymaqla yanaşı, avrokuboklarda vurduğu qolların sayını 40-a çatdırıb. “Squawka”-nın hesablamasına görə, bu qol Holanda eyni anda iki Çempionlar Liqası rekordunu yeniləməyə imkan verib. Birincisi, əvvəllər turnir tarixində heç kim 35 oyunda 40 dəfə fərqlənməmişdi. Bundan başqa, Holanda qədər turnir tarixində heç kim belə gənc yaşda (23 yaş 130 gün) 40 qol vurmamışdı. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər