“Mançester Siti”nin hücumçusu Erlinq Holand klub rekordunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, norveçli futbolçu İngiltərə Premyer Liqasının 12-ci turundan təxirə salınmış oyunda “Arsenal”ın qapısına qol vurmaqla “şəhərlilər”in keçmiş hücumçusu Serxio Aqueronun göstəricisini təkrarlayıb.
Holand cari mövsümdə ölkə çempionatında vurduğu qolların sayını 26-ya çatdırmaqla buna nail olub. İndiyə qədər rekord 2014/15 mövsümünü 26 qolla tamamlayan Aqueroya məxsus idi. Holand daha bir dəfə fərqlənsə, “Mançester Siti”nin heyətində bir mövsümdə ən çox qol vuran futbolçuya çevriləcək. Onun bunu etmək üçün qarşıda 15 oyunu var.
“Mançester Siti”nin “Arsenal”ı səfərdə 3:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada son qolu Holand vurub.