"Bayern Münhen"in hücumçusu Harri Keyn Almaniya çempionatının 28-ci turunda "Haydenhaym"la görüşdə (2:3) qol vurub.
Fanat.Az xəbər verir ki, bu mövsüm 32-ci qoluna imza atan ingilis həm də rekord müəyyənləşdirib.
"Opta Sports"-un hesablamasına görə, Keyn Bundesliqa tarixində debüt mövsümündə 32 qol vuran ilk oyunçu olub. Ondan əvvəl bu rekord 60 il ərzində Uve Zellerə məxsus idi. Uve 1963/64 mövsümündə 31 qol vurub Qeyd edək ki, Bundesliqada bir mövsümdə qol vurma rekordu Robert Levandovskiyə məxsusdur. Polyak ulduz 2020/21 mövsümündə rəqib qapıçılarını 41 dəfə məyus edib.
Mirağa