Gürcüstanda çempion müəyyənləşdi

Gürcüstanda çempion müəyyənləşdi

Gürcüstanda futbol liqasının sonuna 1 tur qalmış çempion müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, 35-ci turda səfərdə "Qaqra"nı 2:1 hesabı ilə məğlub edən “İberiya 1999” klubu Gürcüstan çempionu olub.

İkinci pillədə qərarlaşan "Dila"nı 6 xal qabaqlayan Levan Korqalidzenin komandası ən yaxın izləyicisi üçün əlçatmaz olaraq qızıl medalları təmin edib.  

Son 11 turda məğlubiyyətsiz seriya reallaşdıran "Saburtalo"nun xələfi 2018-ci ildən sonra ikinci dəfə ölkənin ən güclüsü olub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər