Günün transfer xəbərləri: "Arsenal" hücumçusu ilə vidalaşır

Günün transfer xəbərləri: "Arsenal" hücumçusu ilə vidalaşır

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Mundo Deportivo" nəşri: "Serxi Roberto "Barselona"da qalmaq istəyir. Futbolçu İngiltərə və İtaliyadan gələn təkliflərə baxmayaraq, yay transfer pəncərəsində klubu tərk etməmək qərarına gəlib".

"The Sun" nəşri: "London "Arsenal"ı bu yay Nikolya Pepeni satmağa hazırdır. Klub daha bahalı oyunçu almaq üçün fransalı hücumçu ilə vidalaşmağı planlaşdırır".

"Calciomercato" nəşri: "Yuventus" "Hoffenhaym"ın ulduzu David Raumla maraqlanır. Massimiliano Alleqri ümid edir ki, sol cinah müdafiəçisi onun sxeminə uyğunlaşacaq, komandaya həm müdafiədə, həm də hücumda kömək edə biləcək".

Canluka Di Martsio, insayder: "Yuventus" Anxel Di Marianın nümayəndələri ilə əlaqə saxlayıb. Argentinalı yarımmüdafiəçi maksimum iki illik müqaviləyə razılaşacaq. O, karyerasını vətənində bitirməkdə maraqlıdır".

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər