Gəncədə “Neftçi”yə isti su vermədilər

Gəncədə “Neftçi”yə isti su vermədilər

Topaz Premyer Liqasının 13-cü turunda səfərdə "Kəpəz"lə qarşılaşan (0:2) "Neftçi" Gəncə şəhər stadionunu narazı tərk edib. Fanat.Az xəbər verir ki, buna səbəb oyun bitəndən sonra qonaq komandanın futbolçularının arenada isti su problemi ilə yaşaması olub.

Stadionda isti su olmadığında rəhbərlik komandanı oyun bitən kimi otelə aparmaq məcburiyyətində qalıb.

Yeri gəlmişkən, paltardəyişmə otağından avtobusa qədər futbolçuları oyunu izləməyə getmiş narazı azarkeşlər müşaiyət ediblər və uğursuz çıxışa görə etirazlarını bildiriblər. (azerisport.az)

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər