"Gələcəyimi "Qalatasaray" müəyyənləşdirəcək" - İtaliyalı ulduz

"Gələcəyimi "Qalatasaray" müəyyənləşdirəcək" - İtaliyalı ulduz

"Qalatasaray"ın icarə əsasında "Aston Villa"da çıxış edən futbolçusu Nikolo Dzanyolo gələcək karyerası ilə bağlı açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, "Corriere dello Sport" italiyalı yarımmüdafiəçinin sözlərini belə çatdırıb:

"Mən burada böyüdüm və püxtələşdim. "Latsio"? Yox, heç vaxt "Latsio"ya keçmərəm. Hazırda bütün diqqətimi "Aston Villa"ya yönəltmişəm. Gələcəyimi "Qalatasaray" müəyyənləşdirəcək".

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm "Aston Villa" forması ilə 20 rəsmi maçtda 2 qola imza atıb.

Nahid Ustaclı

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər