Futbol tarixinin transfer rekordu yeniləndi - İnanılmaz məbləğ

Futbol tarixinin transfer rekordu yeniləndi - İnanılmaz məbləğ

Bu yay futbol tarixinin transfer rekordu yenilənib.

Fanat.Az "Transfermarkt" portalına istinadən xəbər verir ki, yay transfer pəncərəsi hələ bağlanmasa da, dünya klubları artıq yeni oyunçuların alınmasına 7,630 milyard avro xərcləyiblər.

Bu, 2019-cu ilin yayında qeydə alınan rekordun yenilənməsi deməkdir. Belə ki, həmin ilin yayında klublar transferlərə ümumilikdə 7,568 milyard avro xərcləmişdilər.

Mənbə Səudiyyə Ərəbistanı klublarının xüsusi fəallıqla diqqət çəkməsinin rekordun yenilənməsini şərtləndirən əsas amil olduğunu vurğulayıb. Bu yay sözügedən ölkənin təmsilçilərinin transferlərə 846 milyon avro xərclədiyi diqqətə çatdırılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər