Finalın adı müəyyənləşdi: "Qarabağ" - "Qəbələ"

Finalın adı müəyyənləşdi: "Qarabağ" - "Qəbələ"
Azərbaycan Kubokunun finalçıları müəyyənləşib. Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunlarından biri Bakıda, digəri Qəbələdə tarixin yaddaşına qovuşub.Bölgədəki oyun daha tez başlayıb. Qonaq qismində 3:1 hesabı ilə yendiyi yendiyi “İnter”i “doğma divarlar” arasında sınağa çəkən "Qəbələ" yenə meydanı başıuca tərk edib - 2:0. Hesabı 12-ci dəqiqədə Daniel Subotiç açıb. 33-cü dəqiqədə Baqali Dabo fərqlənib. İki oyunun nəticəsinə görə 5:1 hesabı qələbə qazanan "Qəbələ" adını finala yazdırıb.Premyer Liqada medal qazanmayacağı “Sumqayıt”dan aldığı 0:2 hesablı yenilgiylə dəqiqləşən “Neftçi” ilk oyunda "Qarabağ"a uduzduğundan mərhələ adlamaq şansı möcüzəyə bağlı idi. Bakı təmsilçisi öz meydanında uduzduğu "Qarabağ"dan 0:2-nin qisasını almağı və finala çıxmağı arzulasa da, iki komanda arasındakı səviyyə fərqi bunu mümkünsüz edirdi. Qarşıda "Qəbələ" ilə vacib çempionat oyunu olan "Qarabağ"ın bu oyunda tam gücünü ortaya qoymasa da, meydandan qolsuz bərabərliklə ayrılaraq finala çıxıb.

Azərbaycan kuboku

Yarımfinal

Cavab oyunları

5 aprel

Qəbələ - İnter 2:0

Qol: Daniel Subotiç, 12. Baqali Dabo, 33.

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 5. Rasim Ramaldanov, 11. Asif Məmmədov (k), 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 20. Rikardinyo, 21. Roman Hüseynov, 27. Teo Uiks, 31. Daniel Subotiç, 32. Rəşad Eyubov.

Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 19. Filip Ozobiç, 34. Ürfan Abbasov, 77. Araz Abdullayev.

Baş məşqçi: Roman Qriqorçuk.

İnter: 13. Orxan Sadıqlı, 22. İlkin Qırtımov, 27. Adrian Skarlatake, 14. Zurab Xizanişvili, 24. Fuad Bayramov (k), 4. Slavik Alxasov, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad.

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 88. Məmməd Quliyev, 2. Sertan Taşkın, 8. Nizami Hacıyev, 20. Aqşin Quluzadə, 65. Cabir Əmirli. 

Baş məşqçi: Zaur Svanadze.

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə.

AFFA nümayəndəsi: Rauf Hüseynli.

Hakim-inspektor: Asim Xudiyev.

Qəbələ şəhər stadionu.

İlk oyun - 3:1.

Qarabağ - Neftçi 0:0

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev.

Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 6. Dino Ndlovu, 8. Markos Madera, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 71. Vüqar Nadirov.

Baş məşqçi: Qurban Qurbanov.

Neftçi: 33. Boban Baykoviç, 8. Zdenek Folprext, 11. İqnasio Errera Fernandes, 12. Daniel Seqovia, 25. Kiril Petrov, 29. Georgi Navalovski (k), 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 95. Elvin Bədəlov.

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Jairo Rodriges, 9. Uqo Barqas, 10. Cavid İmamverdiyev, 13. Murad Ağayev, 22. Mahir Şükürov, 80. Edson Kastilya.

Baş məşqçi: Elxan Abdullayev.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov.

AFFA nümayəndəsi: Eldar Qasımov.

Hakim-inspektor: Xaqani Məmmədov.

Tofiq Bəhramov adına Respublika Stadionu.

İlk oyun - 2:0.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər