Filipe Kandidu "Qarabağ"a məğlubiyyətdən sonra nə danışdı?

Filipe Kandidu "Qarabağ"a məğlubiyyətdən sonra nə danışdı?

Misli Premyer Liqasının 3-cü turu çərçivəsində evdə “Qarabağ”ı qəbul edən “Sumqayıt” 0:1 hesablı məğlubiyyətə uğrayıb.

Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Filipe Kandidu matç haqda fikirlərini bildirib:

"Təbii ki nəticədən razı qalmadım. Düşünürəm ki, rəqib azlıqda qalana qədər komandam yaxşı futbol göstərirdi. Lakin ondan sonra da bir neçə epizodumuz oldu. İkinci hissədə nəticəni dəyişməyə çalışdıq. Komandada buna istəyi gördüm. Razı qaldığım bir sıra məqamlar da oldu. Bura gəldiyim ilk gündən indiyə kimi oyun planında irəliləyiş hiss edirəm. Ümid edirəm ki, komanda oyundan oyuna artıraraq istədiyimiz vəziyyətə gələcək".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər