FIFA Buqrinin klubunu cəzalandırdı - "Neftçi"yə görə

FIFA Buqrinin klubunu cəzalandırdı - "Neftçi"yə görə

FIFA Tunisin "Esperans" klubuna transfer qadağası qoyub.

Fanat.Az xəbər verir ki, bu barədə "Footballtunisien" məlumat yayıb.

Buna komandanın bu ilin əvvəlində "Neftçi"dən heyətinə qatdığı Sabir Buqrin üçün ödəniş etməməsi səbəb olub.

Qərara əsasən, "Esperans" qarşıdakı 3 transfer pəncərəsində heyətinə yeni futbolçu qata bilməyəcək. Klub 500 min dollar məbləğində təzminatı ödədikdən sonra qadağa aradan götürülə bilər.

Buqrinin "Neftçi"dən "Esperans"a 450 min avroya transfer olunduğu bildirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər