Fəxri prezidentdən xeyir-dua

Fəxri prezidentdən xeyir-dua

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov komandanın məşqini izləyib, məşqçi və futbolçu heyəti ilə görüşüb.

Fanat.Az-ın məlumatına görə, klub rəhbəri Azərbaycan Premyer Liqasında ilk turun "Qarabağ"a qarşı ev oyununda və yeni mövsümdə kollektivə uğurlar arzulayıb.

O, ilk iki turda "Zirə"ni çempionatın favoritləri "Qarabağ" və "Neftçi"yə qarşı maraqlı oyunların gözlədiyini vurğulayıb: "Komandamıza güvənirəm və mövsümün sonunda qarşıya qoyulan məqsədə çatacağımıza inanıram".

Mirağa

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər