"Brentford"un danimarkalı baş məşqçisi Tomas Frank İngiltərə Premyer Liqasının 2-ci turunda "Mançester Yunayted" üzərində qazandıqları 4:0 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytı Frankın dediklərini belə çatdırıb:
"Az qala nitqim tutulacaqdı. "Mançester Yunayted" dünyanın ən güclü klublarından biridir. Rəqibin heyətində ən yaxşı futbolçular cəmləşib, onlar dünyanın ən yaxşılarından biridir. Biz isə bu komandanı 4:0 hesabı ilə yendik. Biz bu qələbəni oyunumuzla haqq etdik. Hesabı nəzərdə tutmuram. İnam və zəhmət hesabına qazanılan 3 xal çox vacib idi. Yaxşı komanda olduğumuzu bildiyim üçün təəccüblənmirəm. Amma reallıq budur ki, 4:0 fantastik nəticədi.
Aqressiv pressinq işimizə yaratdı. Belə oyun tərzi bizə 2 qol gətirdi. Müdafiədə də çox yaxşı təsir bağışladıq. Dördüncü qolumuz fantastik alındı... Məncə, hazırda nələrin baş verdiyini tam dərk etmirəm. Yəqin ki, sabah, yuxudan oyanandan sonra anlaya biləcəyəm".
Nihat