Evra Ronalduya: "Mançester Yunayted" üçün problem olmağa davam et, qardaş"

Evra Ronalduya: "Mançester Yunayted" üçün problem olmağa davam et, qardaş"

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Patris Evra İPL-in 29-cu turunun “Tottenhem”lə (3:2) oyununda het-trik edən “qırmızı şeytanlar”ın portuqaliyalı ulduzu Kriştianu Ronaldunu tənqid edənləri ələ salıb.

Fanat.Az xəbər verir ki, Evra öz "Twitter" səhifəsində Ronaldu ilə birgə şəklini əlavə edərək "Qardaşım, xahiş edirəm, "Mançester Yunayted" üçün problem olmağa davam et", - yazıb.

 

"Mançester Yunayted" Premyer Liqanın 2021/22-ci illər mövsümünün turnir cədvəlində 29 matçdan sonra 50 xalla 4-cüdür. "Tottenhem" 45 xal toplayıb və 7-ci pillədə qərarlaşıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər