"Qalatasaray" qış transfer dövründə heyətini gücləndirmək üçün Almaniyada çıxış edən iki türk əsilli futbolçu ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, “sarı-qırmızılılar”a Dortmundun futbolçuları Emre Can və Salih Özcan təklif olunub.
Klubda Emre Canın tez-tez zədələnməsi səbəbilə transferinin real olmadığı, Salih Özcanın isə rəhbərlik tərəfindən dəyərləndirildiyi, lakin hələlik rəsmi təklifin edilmədiyi bildirilir.
Yekun qərarın yanvar ayında veriləcəyi gözlənilir