Emeri "Arsenal"ın oyunçusunu komandasında görmək istəyir

Emeri "Arsenal"ın oyunçusunu komandasında görmək istəyir
"Arsenal"ın yarımmüdafiəçisi Matteo Genduzi yenidən sabiq məşqçisi Unay Emeri ilə birlikdə çalışa bilər.
Fanat.Az "Footmercato"ya istinadən xəbər verir ki, Emeri Genduzini "Vilyarreal"a dəvət etmək niyyətindədi. İspan mütəxəssis fransız futbolçunun potensialını yüksək qiymətləndirir.
Daha əvvəl "Barselona" və "Lion"un Genduzinin xidmətində maraqlı olduqlarına dair xəbərlər yayılmışdı.
21 yaşlı oyunçu 2018-ci ildən "topçular"ın formasını geyinir. Genduzi 2019-20 mövsümündə Premyer Liqada 24 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər