"Çelsi" "Xetafe"yə 30 milyon təklif etdi

"Çelsi" "Xetafe"yə 30 milyon təklif etdi
"Çelsi" "Xetafe"nin futbolçusu Mark Kukurelyanı heyətə qatmaq istəyir.
Fanat.Az "As" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" "Barselona"nın 22 yaşlı yetirməsinin transferi üçün "Xetafe"yə 30 milyon avro təklif edib.
Qeyd edək ki, Markı 2019-cu ilin yayında Kataloniya təmsilçisindən icarəyə götürən "Xetafe" bu ay 10 milyon avro ödəyərək futbolçunun transfer hüquqlarına yiyələnib. Oyunçunun klubuyla olan müqaviləsinin müddəti isə 2024-cü ilin 30 iyun tarixinə qədərdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər