"Çelsi" Rafinyanı "Arsenal"dan "oğurladı"

"Çelsi" Rafinyanı "Arsenal"dan "oğurladı"

"Çelsi" klubu növbəti mövsüm üçün heyətini "Lids"in braziliyalı futbolçusu Rafinya ilə gücləndirməyə yaxındır. 

Fanat.Az "The Guardian"a istinadən xəbər verir ki, London klubu 25 yaşlı futbolçuya illik 6 milyon avro maaş təklif edib. 

Xəbərə görə, Rafinya təklifə "hə" deyib və yaxın günlərdə "Çelsi"nin futbolçusu olacaq.

Daha əvvəl sözügedən oyunçu və onun nümayəndələri "Çelsi"nin əzəli rəqibi "Arsenal"la danışıq aparırdı. "Topçular" futbolçuya daha az maaş təklif edirdi.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər