"Çelsi" Rafinya üçün irəli atıldı

"Çelsi" Rafinya üçün irəli atıldı

"Çelsi" "Barselona"nın futbolçusu Rafinyanın keçidində israrlıdır. 

Fanat.Az xəbər verir ki, London klubu yay transfer pəncərəsi dönəmində yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır. 

Məlumatı "Football Insider" yayıb. 

Braziliyalı vinger hələ "Lids Yunayted"də oynadığı vaxtlarda "Çelsi"nin hədəfində idi. Ancaq o, "Kamp Nou"ya keçidə üstünlük vermişdi. 

Hazırda Rafinya Xavinin heyətdə əsas oyunçularından biridir. Bundan əlavə, "Arsenal" da futbolçunu heyətinə cəlb etmək istəyir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər