Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, Avropa Liqasının III təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq.

Referiyə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Avstriyalı Alan Kijas VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş avqustun 6-da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər