Özbək əsilli rusiyalı milyarder Əlişir Osmanov (Alişer Usmanov) "Arsenal"dakı səhmlərini satır.
Fanat.Az xəbər verir ki, London təmsilçisinin səhmlərinin 67 faizinin sahibi olan amerikalı iş adamı Sten Kronke klubun qalan səhmlərini də satın almaq qərarna gəlib. O, bu məqsədlə digər səhmdarlara təklif göndərib.
Əlişir Osmanov "Arsenal" səhmlərinin 30 faizinə sahibdi və o, artıq bunları 550 milyon funt-sterlinqə satmağa razılıq verib.
Fanat.Az