"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının 2-ci turunda evdə "Qalatasaray"dan aldıqları məğlubiyyəti (2:3) şərh edib.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəsmi saytı niderlandlı mütəxəssisin dediklərini belə çatdırıb:
"İki dəfə hesabda önə keçdik və oyuna nəzarət edən tərəf idik. Amma sonra elə fundamental səhvlər buraxdıq ki, normalda belə xətalara yol vermirik. Əlbəttə, belə matçlarda bu cür səhvlər yolverilməzdir. Rəqib dərhal fürsətdən faydalanaraq səni cəzalandırır. Komanda şəklində səhvlərə yol verdik. Yəni günahı ayrı-ayrı futbolçuların üstünə atmaq düzgün olmaz".
Nihat