"Elə bilirdim komanda Bakıda məskunlaşacaq" - "İmişli"nin legioneri 

"Elə bilirdim komanda Bakıda məskunlaşacaq" - "İmişli"nin legioneri 

Birinci Liqanın üçüncü turunda nominal ev sahibi qismində "Şamaxı" ilə  qarşılaşan "İmişli" 0:3 hesablı ağır məğlubiyyətlə üzləşib. İmişli rayonunun eyni adlı komandasının bu yay sıralarına cəlb etdiyi əcnəbilərdən biri liberiyalı yarımmüdafiəçi Tonia Tisdelldir. 31 yaşlı afrikalı ilə əlaqə saxlayıb transferi ilə bağlı və sonuncu ev oyunundakı məğlubiyyət barəsində fikirlərini öyrəndik.

"2 nömrə"nin Fanat.Az-a açıqlaması belə oldu: "Klubun yeni layihəsi xoşuma gəldi və mən bu tarixin bir parçası olmaq istədim. Yeni ölkəyə gəlmək bir qədər çətindir. Bacardığım qədər uyğunlaşmağa çalışıram. Əslində, elə bilirdim komanda Bakıda məskunlaşacaq. Səfərimin yeni hekayəsini yazmağa çalışarkən burada olmaq çox gözəl hissdir. Ümid edirəm ki, kluba kömək edə bilərəm.  Biz son oyunumuzda məğlub olduq. Buna baxmayaraq deməliyəm ki, yaxşı komandamız var. Mövsümün sonunda mütləq yaxşı mövqeydə olacağımıza inanıram. Qarşıda hələ çox matçımız var və hər birində hesabı xeyirimizə dəyişmək üçün əlimizdən gələni edəcəyik. Bu komandanı aid olduğu yerə çatdırmaq üçün əlimdən gələni edəcəyəm". 

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər