Eddi "Qarabağ"ın gələcək rəqibinə qarşı oynadı

Eddi "Qarabağ"ın gələcək rəqibinə qarşı oynadı

Milli komandamızın futbolçusu Eddi İsrafilovun yeni klubu “Eybar” yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, ispan klubunun rəqibi Şotlandiya “Seltik”i olub.

 

Həmyerlimizin matça start heyətində başladığı qarşılaşma qlazqoluların 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Eybar”ın yeganə qoluna oyunun 67-ci dəqiqəsində Arruabarrena imza atıb.

Qeyd edək ki, "Seltik" Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın potensial rəqibi hesab olunur. Belə ki, "Qarabağ" "Rudar"ı (Çernoqoriya) keçsə, "Seltik" (Şotlandiya) - "Styarnan" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər