Dünya klublarının reytinqi açıqlandı - "Qarabağ"dan inanılmaz sıçrayış

Dünya klublarının reytinqi açıqlandı - "Qarabağ"dan inanılmaz sıçrayış

Klubların yeni dünya reytinqi açıqlanıb. 

Fanat.Az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda 506 klub yer alıb.

Onların arasında Azərbaycanın 3 təmsilçisi var. Ən yüksək göstəriciyə “Qarabağ” nail olub. 13 pilləlik irəliləyişə nail olan Ağdam təmsilçisi ilk “50-liy”ə daxil olub. Qurban Qurbanovun komandası 176,75 xalla dünyanın 48-ci yerdədir.

“Neftçi” 1, “Sabah” 4 pillə irəliləyib. “Neftçi” 62 xalla 377-ci, “Sabah” isə 58,75 xalla 413-cü pillədədir.

Qeyd edək ki, cədvələ “Mançester Siti” (401) başçılıq edir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər